Ana Sayfa > Gündəm / Parlament > Heydər Əsədov növbəti dəfə Şirvan şəhərində vətəndaşları qəbul edib

Heydər Əsədov növbəti dəfə Şirvan şəhərində vətəndaşları qəbul edib


5-06-2025, 17:04. Yazar: azer
Heydər Əsədov növbəti dəfə Şirvan şəhərində vətəndaşları qəbul edib

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Heydər Əsədov növbəti dəfə Şirvan şəhərində vətəndaşları qəbul edib.

05.06.2025-ci il tarixində millət vəkili Heydər Əsədov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında YAP Şirvan şəhər təşkilatı sədri Zahir Qəhrəmanov və Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın iştirakı ilə vətəndaş qəbulu keçirib. Qəbul zamanı millət vəkili Heydər Əsədov vətəndaşların problemlərini dinləyərək, onları narahat edən müxtəlif xarakterli məsələlərlə tanış oldu. Görüşdə qaldırılan bəzi məsələlər yerindəcə həllini tapdı, digərlərinin isə həlli ilə bağlı qeydlər aparıldı və onların həlli istiqamətində aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.
Görüşdən sonra millət vəkili bir neçə şəhid ailəsini ziyarət edərək, onların qayğıları ilə maraqlandı və lazımi yardımlar etdi.
Geri dön