Ana Sayfa > İdman > Millətlər Liqasında ikinci finalçı müəyyənləşir -
Millətlər Liqasında ikinci finalçı müəyyənləşir -5-06-2025, 11:16. Yazar: sevinc1 |
![]() Bu gün UEFA Millətlər Liqasında 2-ci finalçı da müəyyənləşəcək. aia.az xəbər verir ki, Almaniyada təşkil edilən və bir oyundan ibarət olan mərhələnin yarımfinalında İspaniya ilə Fransa üz-üzə gələcək. “Ştutqart Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qalib gələn tərəf finalda Portuqaliya ilə qarşılaşacaq. Portuqaliya ötən gün Almaniyanı məğlub edərək (2:1) finala çıxıb. Yarımfinalın məğlubları isə 3-cü yer uğrunda yarışacaqlar. Hər iki oyun iyunun 8-də keçiriləcək. 5 iyun Millətlər Liqası, yarımfinal 23:00.İspaniya - Fransa 4 iyun Almaniya - Portuqaliya - 1:2 aia.az Geri dön |