Ana Sayfa > Ölkə / Manşet > Nazirlik:
Nazirlik:5-06-2025, 10:06. Yazar: sevinc1 |
![]() Hazırda daha çox A qripi qeydə alını və bu, sporadik xarakter daşıyır. aia.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, qrip infeksiyasına ilboyu rast gəlinir, lakin əsasən payız və qış aylarında xəstələnmə halları artır: “Yay aylarında isə yoluxmalar əsasən tək-tək hallarda müşahidə olunur. Bu epidemioloji qanunauyğunluq Azərbaycanda da özünü göstərir”. Təyyar Eyvazov qeyd edib ki, risk qrupuna isə 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar, immun sistemi zəif olan şəxslər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlər və 65 yaşdan yuxarı insanlar daxildir: “Bu şəxslər üçün qrip daha təhlükəlidir, çünki ağır fəsadlara səbəb ola bilər. Belə ağırlaşmalar arasında meningit, ensefalit, pnevmoniya və digər ciddi vəziyyətlər yer alır”. aia.az Geri dön |