Ana Sayfa > Özəl > Moldova Dnestryanıdakı rus hərbçilərindən qorxur-Səbəb

Moldova Dnestryanıdakı rus hərbçilərindən qorxur-Səbəb


4-06-2025, 23:17. Yazar: sevinc1
Moldova Dnestryanıdakı rus hərbçilərindən qorxur-Səbəb
Financial Times (FT) yazır ki, Moldova hakimiyyəti Dnestryanıda Rusiya hərbçilərinin sayının artmasından qorxur.
Hazırda orada 1500-ə yaxın hərbçinin olduğu iddia edilir, lakin “Moskvaya sadiq hökumət hakimiyyətə gələrsə” kontingentin sayı 10 min nəfərə qədər artırıla bilər.

Moldovanın baş naziri Dorin Recean Rusiyanın bu cür planlarından qorxub. Onun fikrincə, Moskvanın belə bir addımı Odessa və bütün Ukraynanın cənubu, eləcə də NATO təhlükəsizliyi üçün “görünməmiş təhlükə” yarada bilər.
Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev Rusiya sülhməramlılarının Dnestryanıdan çıxarılmasına qarşı xəbərdarlıq etmişdi. O qeyd edib ki, indiki şəraitdə bu addım son dərəcə risklidir.

aia.az
Tərcümə şöbəsi
Geri dön