Ana Sayfa > Manşet / Siyasət > İlham Əliyev Minifutbol Federasiyasına 2 milyon manat ayırdı -

İlham Əliyev Minifutbol Federasiyasına 2 milyon manat ayırdı -


4-06-2025, 14:41. Yazar: sevinc1
İlham Əliyev Minifutbol Federasiyasına 2 milyon manat ayırdı -

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

aia.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

aia.az
Geri dön