Ana Sayfa > Təhsil > Veysəloğlu Şirkətlər Qrupu ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında 2024–2025-ci tədris ili üzrə uğurla davam etdirilən əməkdaşlıq başa çatıb

Veysəloğlu Şirkətlər Qrupu ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında 2024–2025-ci tədris ili üzrə uğurla davam etdirilən əməkdaşlıq başa çatıb


4-06-2025, 12:47. Yazar: azer
Veysəloğlu Şirkətlər Qrupu ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında 2024–2025-ci tədris ili üzrə uğurla davam etdirilən əməkdaşlıq başa çatıb

Əməkdaşlıq çərçivəsində 2024–2025-ci tədris ilinin ikinci yarımilində Veysəloğlu Şirkətlər Qrupunun rəhbər vəzifələrində çalışan mütəxəssislər öz bilik və təcrübələrini UNEC tələbələri ilə bölüşüblər. Qrupun rəhbər heyətinin nümayəndələri UNEC-in “Türk Dünyası İqtisad Fakültəsi”nin Marketinq və Biznesin İdarə Edilməsi ixtisasları üzrə II kurs tələbələrinə may ayı ərzində seminar və mühazirələr təqdim ediblər:

1. Aynur Qaraqurbanlı – Xidmətlərin təqdimatında xidmət sübutları və xidmət sahəsi;
2. Sərxan Məmmədli – İstehlakçı davranışları;
3. Samir Məlikov – Məhsul planlaşdırma prosesinin idarə edilməsi;
4. Nedim Kaynak – Mağaza dizaynı.

Qeyd edək ki, 2025–2026-cı tədris ili çərçivəsində UNEC ilə əməkdaşlıq əsasında Veysəloğlu Şirkətlər Qrupunun 24 lideri “Türk Dünyası İqtisad Fakültəsi”nin Beynəlxalq Ticarət və Loqistika, Mühasibatlıq, Biznesin İdarə Edilməsi və Marketinq ixtisasları üzrə 2-ci, 3-cü və 4-cü kurs tələbələrinə ümumilikdə 48 saat dərs keçib.


Geri dön