Ana Sayfa > İdman > Millətlər Liqasında yarımfinal həyəcanı -
Millətlər Liqasında yarımfinal həyəcanı -4-06-2025, 09:47. Yazar: sevinc1 |
![]() Bu gün UEFA Millətlər Liqasında "dördlər finalı"na start veriləcək. aia.az xəbər verir ki, ilk yarımfinal matçında Almaniya və Portuqaliya milliləri üz-üzə gələcək. Münhen şəhərindəki "Alyans Arena"da təşkil olunacaq görüşü sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək. Millətlər Liqasının digər yarımfinal matçında İspaniya və Fransa yığmaları iyunun 5-də üz-üzə gələcəklər. İngiltərəli referi Maykl Oliverin idarə edəcəyi qarşılaşma Ştutqart şəhərindəki "MHP Arena"da oynanılacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşlərin qalibləri finala yüksələcəklər. Məğlub komandalar isə 3-cü yer uğrunda oyuna çıxacaqlar. İyunun 8-də saat 16:00-da "MHP Arena"da bürünc medal matçı start götürəcək. Millətlər Liqasının qalibini müəyyənləşdirəcək görüş isə "Alyans Arena"da saat 23:00-da başlanacaq. aia.az Geri dön |