Ana Sayfa > Karusel / Dünya > Suriya prezidenti ABŞ-yə gedir -

Suriya prezidenti ABŞ-yə gedir -


4-06-2025, 09:16. Yazar: sevinc1
Suriya prezidenti ABŞ-yə gedir -

Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa sentyabr ayında ABŞ-a səfər edəcək.

aia.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

Qeyd olunur ki, əl-Şaraa da BMT-nin iclasında çıxış edəcək. Bu, Suriya prezidentinin son 60 ildə dünya təşkilatında ilk çıxışı olacaq.

Suriyanın müvəqqəti hökuməti 2024-cü il dekabrın 9-da Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaradılıb.

aia.az
Geri dön