Ana Sayfa > Manşet / Ölkə > Sabirabadda dəhşət -

Sabirabadda dəhşət -


4-06-2025, 09:00. Yazar: sevinc1
Sabirabadda dəhşət -

Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə aia.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı ölənlər 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızıdır.

aia.az
Geri dön