Ana Sayfa > Özəl > ABŞ Senatı öz saytından Rusiya ilə bağlı bir sənədi silib

ABŞ Senatı öz saytından Rusiya ilə bağlı bir sənədi silib


3-06-2025, 16:44. Yazar: sevinc1
ABŞ Senatı öz saytından Rusiya ilə bağlı bir sənədi silib

ABŞ Senatının Kəşfiyyat Komitəsi Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı təsdiqlənməmiş hesabatı rəsmi saytından silib.Bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

“Bu, [keçmiş ABŞ prezidenti] Co Baydenin administrasiyasından [indiki ABŞ lideri Donald] Trampın ikinci müddətinə keçid dövründə bütün idarəetmə formalarında dəyişikliklərlə izah olunur”, – nəşr qeyd edir.
Daha əvvəl Tramp demişdi ki, Rusiya Amerika seçkilərinə müdaxilə etmək üçün “iki dollar”, ABŞ-ın özü isə eyni vaxtda milyonlarla dollar, o cümlədən iki milyonu “Qvatemalada cinsiyyətin dəyişdirilməsi əməliyyatlarına” və 40 milyonu “məskunlaşmış miqrantların sosial-iqtisadi inteqrasiyasının yaxşılaşdırılmasına” xərcləyib.

aia.az
Tərcümə şöbəsi
Geri dön