Ana Sayfa > Karusel / Ölkə > İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu
İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu3-06-2025, 13:38. Yazar: sevinc1 |
![]() Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub. aia.az Oxu.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə B.Mahmudov 2 il 9 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub. aia.az Geri dön |