Ana Sayfa > Özəl > Doğma şəhərini ziyarət etməyə gedən ailə dəhşətli qəzada həlak oldu

Doğma şəhərini ziyarət etməyə gedən ailə dəhşətli qəzada həlak oldu


3-06-2025, 12:04. Yazar: sevinc1
Doğma şəhərini ziyarət etməyə gedən ailə dəhşətli qəzada həlak oldu

Ərzurumun Karayazı rayonunda avtomobil dərəyə düşüb. Qəzada avtomobilin sürücüsü Barış Bakır, həyat yoldaşı Gülnaz Bakır və uşaqları Səlahəddin Bakır dünyasını dəyişib.
Qəza yerinə gələn jandarma, sağlamlıq və xilasetmə qrupları Barış Bakır və həyat yoldaşı Gülnaz Bakır (23) və 5 yaşlı uşaqları Səlahəddin Bakırın cansız cəsədlərini avtomobildən 2 kilometr aralıda aşkar edib. Yoxlamalardan sonra cəsədlər yarılma üçün təcili yardımla xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.

aia.az
Tərcümə şöbəsi
Geri dön