Ana Sayfa > Özəl > Tramp : tariflər olmadan ABŞ-ın iqtisadi sağ qalması mümkün deyil
Tramp : tariflər olmadan ABŞ-ın iqtisadi sağ qalması mümkün deyil3-06-2025, 08:44. Yazar: sevinc1 |
![]() ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində bildirib ki, digər ölkələrə cavab rüsumları tətbiq etmək imkanı olmayan Birləşmiş Ştatların “iqtisadi yaşamaq” şansı yoxdur. Siyasətçi qeyd edib ki, əgər başqa ölkələrə ABŞ-a qarşı tariflərdən istifadə etməyə icazə verilsə, Vaşinqtona isə onlara qarşı tez və çevik şəkildə cavab rüsumları tətbiq etməyə icazə verilməsə, o zaman ABŞ-ın iqtisadi cəhətdən sağ qalma şansı belə yoxdur. Aprelin 2-də Tramp 185 ölkə üçün idxal rüsumlarının yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal malları üzrə 10% təşkil edirdi və bəzi ölkələr üçün bu, xeyli yüksək idi. Dünya ölkələrinin liderləri Amerika prezidentinin qərarını pisləyib və cavab tədbirləri ilə hədələyiblər. Lakin mayın 29-da ABŞ Beynəlxalq Ticarət Məhkəməsi siyasətçinin səlahiyyətlərini aşdığını əsas gətirərək Trampın tətbiq etdiyi tarifləri bloklayıb. Lakin apellyasiya məhkəməsi tezliklə Trampın sərəncamının ləğvi ilə bağlı qərarı qüvvədə saxladı. Qeyd edək ki, daha əvvəl Tramp məhkəmənin idxal rüsumlarının qarşısının alınmasının ABŞ-ın iqtisadi çöküşünə səbəb olacağını bildirmişdi. aia.az Tərcümə şöbəsi Geri dön |