Ana Sayfa > Özəl > Zelenski NATO sammiti ilə bağlı gözlənilməz açıqlama verib
Zelenski NATO sammiti ilə bağlı gözlənilməz açıqlama verib2-06-2025, 23:20. Yazar: sevinc1 |
![]() Ukrayna NATO-nun iyunun sonunda Haaqada keçiriləcək sammitinə dəvət alıb. Bunu ölkə prezidenti Vladimir Zelenski deyib. "NATO-nun baş katibi ilə görüşümüz oldu. Bizi NATO sammitinə dəvət etdilər. Düşünürəm ki, bu vacibdir", - Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə vurğulayıb. Onun sözlərinə görə, Ukrayna üçün infrastruktur məsələləri və sammitin nəticələri müzakirə olunacaq. Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte ABŞ və Ukrayna arasında ölkənin gələcək alyansa üzvlüyü ilə bağlı fikir ayrılıqları səbəbindən sammitin mümkün pozulacağından narahatlığını bildirib. Ukraynanın iştirak statusu son ana qədər qeyri-müəyyən olaraq qalır. İyunun 24-25-də Haaqada keçiriləcək sammitdə 45-ə yaxın dövlətin liderləri iştirak edəcək. aia.az Tərcümə şöbəsi Geri dön |