Ana Sayfa > Özəl > Fidan İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqların nəticələrini dəyərləndirib

Fidan İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqların nəticələrini dəyərləndirib


2-06-2025, 22:46. Yazar: sevinc1
Fidan İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqların nəticələrini dəyərləndirib
İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar “konstruktiv atmosferdə” keçib, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
O vurğulayıb ki, tərəflər ilk görüşdə əldə olunan razılaşmaları birləşdirib. Fidan əlavə edib ki, humanitar mübadilələr yeni kateqoriyaları və daha çox insanı əhatə etmək üçün genişləndirilir.
Bundan əvvəl İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin başçıları Vladimir Medinski və Rustem Umerov danışıqlar qruplarının görüşü başlamazdan əvvəl ikitərəfli görüş keçiriblər.

Danışıqların ikinci raundundan sonra Umerov bildirib ki, Ukrayna Rusiya nümayəndə heyəti ilə iyunun 20-30-da yeni görüşün keçirilməsini təklif edib.Onun sözlərinə görə, Kiyev bir həftə ərzində İstanbulda danışıqlar zamanı Rusiya nümayəndə heyətinin təqdim etdiyi memorandumu öyrənəcək.
Bazar ertəsi, iyunun 2-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci raundu baş tutub. Görüş rus dilində keçirilib və cəmi bir saatdan çox davam edib. Tərəflər bir-birinin təklif etdiyi atəşkəs memorandumunu müzakirə edib və əsirlərin mübadiləsi barədə razılığa gəliblər.

aia.az
Tərcümə şöbəsi
Geri dön