Ana Sayfa > Özəl > Levitt: Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazırdır
Levitt: Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazırdır2-06-2025, 22:35. Yazar: sevinc1 |
![]() ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə danışıqlara hazırdır, Ağ Evin mətbuat katibi Kerolin Levit brifinqdə deyib. Ağ Ev sahibinin Rusiya lideri və Vladimir Zelenski ilə üçtərəfli danışıqlara hazır olub-olmaması ilə bağlı suala o cavab verib ki, “prezident (ABŞ-Sputnik) bu məsələyə gəlincə, buna açıq olduğunu deyib”. "Lakin o, hər iki liderin, hər iki tərəfin masa arxasında əyləşməsini istəyir", - Levitt əlavə edib. Bu gün İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci raunduna Trampın reaksiyasına gəlincə, Ağ Evin mətbuat katibi bildirib ki, Amerika lideri hisslərini bizə özü söyləyəcək. Danışıqların ikinci raundu Xəbər verdiyimiz kimi, bu gün İstanbulda, Çırağan sarayında Kiyev və Moskva arasında danışıqların ikinci raundu baş tutub. Görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, tərəflər bir sıra praktiki məsələlərin həllinə nail olublar. aia.az Tərcümə şöbəsi Geri dön |