Ana Sayfa > Karusel / Ölkə > Leysan yağacaq, dolu düşəcək -
Leysan yağacaq, dolu düşəcək -2-06-2025, 18:00. Yazar: sevinc1 |
![]() İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur. Geri dön |