Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı


2-06-2025, 10:39. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

Mayın 31-də və iyunun 1-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

aia.az
Geri dön