Ana Sayfa > Manşet / İdman > Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib


2-06-2025, 08:46. Yazar: sevinc1
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib.

aia.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

aia.az
Geri dön