Ana Sayfa > Manşet / İdman > Minifutbol:

Minifutbol:


2-06-2025, 08:28. Yazar: sevinc1
Minifutbol:

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

aia.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8)və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Qeyd edək ki, daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib.

aia.az
Geri dön