Ana Sayfa > Özəl > Batumi və Daşkənd birbaşa reyslə birləşdirilir

Batumi və Daşkənd birbaşa reyslə birləşdirilir


30-05-2025, 23:03. Yazar: sevinc1
Batumi və Daşkənd birbaşa reyslə birləşdirilir

Özbəkistanın aşağı büdcəli aviaşirkəti “Fly Khiva” Daşkənddən Batumi Beynəlxalq Hava Limanına ilk uçuşunu həyata keçirib.
“Fly Khiva” aviaşirkəti “Boeing 757-300” təyyarəsi ilə Daşkənddən Batumiyə 121 sərnişin daşıyıb.
Aviaşirkət yay naviqasiya dövründə Daşkənd-Batumi-Daşkənd marşrutu üzrə uçuşlar həftədə iki dəfə (cümə axşamı və bazar günləri) həyata keçirəcək.

Fly Khiva 2023-cü ildə hava operatoru sertifikatını aldı və ilkin olaraq Avropa, Çin, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Afrikaya yük uçuşları həyata keçirməyə başladı.
2024-cü ilin dekabr ayından etibarən aviaşirkət sərnişin reysləri də həyata keçirməyə başlayıb və aviaşirkətin ilk istiqamətlərindən biri Gürcüstandır.

aia.az
Tərcümə şöbəsi
Geri dön