Ana Sayfa > İdman > "Fiorentina" baş məşqçisini istefaya göndərdi
"Fiorentina" baş məşqçisini istefaya göndərdi30-05-2025, 17:16. Yazar: sevinc1 |
![]() "Fiorentina" baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırıb. aia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. A seriyası təmsilçisi 41 yaşlı italiyalı və onun məşqçilər heyəti ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verib. Mütəxəssis 2024-cü ilin iyulundan "Fiorentina"nı çalışdırırdı. "Fiorentina" Palladinonun rəhbərliyi altında A seriyasının 2024/25 mövsümünü 65 xalla 6-cı pillədə başa vurub. aia.az Geri dön |