Ana Sayfa > Parlament > Qaya Məmmədov Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək
Qaya Məmmədov Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək30-05-2025, 16:44. Yazar: azer |
![]() Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov iyunun 1-də Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Millət vəkili səfər çərçivəsində ATƏT-in "İnklüzivlik tolerantlığın təşviqi və ayrı-seçkiliyin aradan qaldırılması vasitəsi kimi: İnsan ölçüsü üzrə üçüncü əlavə görüş" mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək. Səfər iyunun 4-də başa çatacaq. Geri dön |