Ana Sayfa > Özəl > Məşhur müğənni Şimal dünyasını dəyişdi!

Məşhur müğənni Şimal dünyasını dəyişdi!


30-05-2025, 14:30. Yazar: sevinc1
Məşhur müğənni Şimal dünyasını dəyişdi!

4 ildir xərçənglə mübarizə aparan Şimaldan üzücü xəbər gəlib. Məşhur müğənni 39 yaşında dünyasını dəyişib.

Müğənni Şimal 2021-ci ildə döş xərçəngi diaqnozu ilə müalicəyə başlayıb və uzun bir prosesdən sonra xəstəliyi məğlub etdiyini açıqlayıb.
2024-cü ildə rutin müayinə üçün xəstəxanaya gedən Şimalın beynində şiş aşkarlanıb və məşhur müğənni 8 saatlıq əməliyyatdan sonra həyata dirənib.

Mayın 4-də vəziyyəti pisləşərək xəstəxanaya çatdırılan Şimal reanimasiyada müalicə olunub.

Daha əvvəl xəstəliyi üç dəfə metastaz verən Şimaldan bu gün kədərli xəbər gəldi. 39 yaşlı müğənni dünyasını dəyişib.

aia.az
Tərcümə şöbəsi
Geri dön