Ana Sayfa > Özəl > Ukraynada Uşaqların Müdafiəsi Günü təxirə salınıb
Ukraynada Uşaqların Müdafiəsi Günü təxirə salınıb30-05-2025, 13:09. Yazar: sevinc1 |
![]() Vladimir Zelenski Uşaqların Müdafiəsi Gününü iyunun 1-dən köçürüb. İndi Ukraynada bu bayram noyabrın 20-də qeyd olunacaq. İmzalanan sərəncama əsasən, bundan sonra Ukraynada Uşaqların Müdafiəsi Günü hər il 20 Noyabr - Ümumdünya Uşaqların Müdafiəsi Günü kimi qeyd olunacaq. Əvvəllər bayram iyunun 1-nə düşürdü. Qərar, qeyd edildiyi kimi, uşaqların müdafiəsini Ukraynanın milli prioriteti kimi müəyyən etmək, “səylərin gücləndirilməsi və birləşdirilməsi... uşağın hüquq və mənafelərinin qorunmasına yönəlmiş...” məqsədi ilə qəbul edilib. Ukrayna Prezidentinin 1998-ci il 30 may tarixli “Uşaqların müdafiəsi günü haqqında” Fərmanı bununla da öz qüvvəsini itirib. aia.az Tərcümə şöbəsi Geri dön |