Ana Sayfa > Gündəm > Prezident qarşısında ikiqat əyilən futbolçulara güldü

Prezident qarşısında ikiqat əyilən futbolçulara güldü


10-02-2017, 13:04. Yazar: Sevinc
Prezident qarşısında ikiqat əyilən futbolçulara güldü





Afrika çempionatında qalib olan kamerunlu futbolçuların ölkə prezidenti və birinci xanımla görüşü gülüşə səbəb olub.

Futbolçular bir müddət əvvəl prezidentin qarşısında ifrat şəkildə əyilən idman nazirini yamsılayıblar. Onlar görüş zamanı prezident və birinci xanımın qarşısında mümkün qədər çox əyiliblər. Futbolçuların bu hərəkətini dövlət başçısı gülüşlə qarşılayıb.

Qeyd edək ki, idman nazirinin həmin görüşmə anı sosial şəbəkələrdə ən çox müzakirə olunan foto olmuşdu. Kamerunlular oxşar fotolar çəkərək sosial şəbəkə hesablarında paylaşıblar. (REPORT)
Geri dön