Ana Sayfa > Siyasət > Ceyhun Bayramov Stiv Deyns ilə görüşdü

Ceyhun Bayramov Stiv Deyns ilə görüşdü


29-05-2025, 22:06. Yazar: sevinc1
Ceyhun Bayramov Stiv Deyns ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

aia.az bildirir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri, qanunvericilik orqanları arasında əlaqələrin əhəmiyyəti, regional təhlükəsizlik məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Senatora postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və qarşıda duran maneələr barədə məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geri dön