Ana Sayfa > Təhsil > Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır


29-05-2025, 13:29. Yazar: sevinc1
Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır

Əlavə təhsilin "Təkrar ali və orta ixtisas təhsili" istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb.

Bu barədə aia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib k, sənəd qəbulu portal.edu.az üzərindən aparılır.

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali və orta ixtisas təhsil müəssisələrində təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

aia.az
Geri dön