Ana Sayfa > Manşet / Ölkə > Hərbçimiz Kəlbəcərdə minaya

Hərbçimiz Kəlbəcərdə minaya


29-05-2025, 13:22. Yazar: sevinc1
Hərbçimiz Kəlbəcərdə minaya

Hərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb.

aia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb: "Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub"

aia.az
Geri dön