Ana Sayfa > Siyasət > Prezident İrana gedəcək

Prezident İrana gedəcək


10-02-2017, 12:47. Yazar: Sevinc
Prezident İrana gedəcək




Azərbaycan prezidenti İlham Əliyev mart ayında İrana səfər edəcək.

“AİA.AZ” Interfax.az-a istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İslam İnqilabının 38-ci ildönümümünasibətilə mətbuat konfransında məlumat verib.

“Cari ilin mart ayında prezident İlham Əliyevin İrana səfəri gözlənilir”, - deyə C.Cahangirzadə bildirib. Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı və İranın Bakıdakı səfirlikləri səfərin tarixi və proqramı üzərində iş aparır.

Səfir əlavə edib ki, İran və Azərbaycan prezidentləri o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammiti çərçivəsində 1 mart tarixində İslmabadda görüşəcəklər. “Həmçinin, İran prezidentinin Rusiyaya səfəri planlaşdırılır”, - deyə C.Cahangirzadə vurğulayıb.
Geri dön