Ana Sayfa > Ölkə > Çaylarda sululuq artıb

Çaylarda sululuq artıb


29-05-2025, 09:11. Yazar: sevinc1
Çaylarda sululuq artıb

Kür çayında suyun səviyyəsi 14 sm artıb.

Bu barədə aia.az-a Milli Hidrometeologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 29-u saat 09:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 8 sm, Kür-Surrada isə 6 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən sutka ilə müqayisədə 14 sm artıb, su sərfi 475 m3/san olmaqla normanın 68%-ni təşkil edir.

aia.az
Geri dön