Ana Sayfa > Özəl > BMT-nin baş katibi Ukraynanın dronların Rusiyaya hücumundan narahatdır

BMT-nin baş katibi Ukraynanın dronların Rusiyaya hücumundan narahatdır


27-05-2025, 21:58. Yazar: sevinc1
BMT-nin baş katibi Ukraynanın dronların Rusiyaya hücumundan narahatdır

BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın dronların Rusiya ərazisinə hücumundan narahatlığını bildirib. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"BMT-nin baş katibi Ukraynanın pilotsuz uçan aparatlarının zərbələri nəticəsində Rusiya Federasiyasında mülki əhaliyə təsirindən narahatdır. Mülki infrastruktura hücumlar beynəlxalq hüquqla qadağandır" deyən o, dünya qurumunun "harada baş verməsindən asılı olmayaraq, bu cür hücumları pislədiyini" bildirib.
Düjarrik həmçinin BMT rəhbərinin Ukraynadakı münaqişədə qeyd-şərtsiz atəşkəs çağırışını təkrarlayıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Kiyev Rusiyadakı hədəflərə pilotsuz təyyarələrin və raket hücumlarının sayını bir neçə dəfə artırıb; Mayın 20-dən bəri 2331 İHA vurulub.

aia.az
Tərcümə şöbəsi
Geri dön