Ana Sayfa > Özəl > ABŞ-dan sağlamlıq sahəsində flaş qərar!

ABŞ-dan sağlamlıq sahəsində flaş qərar!


27-05-2025, 20:59. Yazar: sevinc1

ABŞ-dan sağlamlıq sahəsində flaş qərar!

ABŞ cərrahı general Robert F. Kennedi Covid-19 peyvəndinin artıq sağlam uşaqlar və hamilə qadınlar üçün tövsiyə olunan peyvəndlər arasında olmayacağını açıqlayıb.

X hesabından verdiyi açıqlamada ABŞ-ın Səhiyyə Naziri Kennedi, əvvəllər ölkədə müzakirə mövzusu olan Covid-19 peyvəndləri ilə bağlı yeni qərarını paylaşdı.

Kennedi bundan sonra Covid-19 peyvəndinin sağlam uşaqlar və hamilə qadınlar üçün "tövsiyə olunan peyvəndlər" arasında olmayacağını açıqladı.

ABŞ-lı nazir açıqlamasında, "Bu gündən etibarən Covid peyvəndi CDC (ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri) tərəfindən sağlam uşaqlar və sağlam hamilə qadınlar üçün tövsiyə edilən peyvənd cədvəlindən çıxarılıb. Keçən il Bayden administrasiyası uşaqlarda təkrarlanan gücləndirici strategiyanı dəstəkləmək üçün heç bir klinik məlumatın olmamasına baxmayaraq, bir daha sağlam uşaqları Covid peyvəndi almağa çağırdı." dedi.

ABŞ prezidenti Donald Tramp və səhiyyə naziri Kennedi seçki prosesi zamanı Covid-19 peyvəndinin istifadəsi ilə bağlı açıq şəkildə mübahisəli açıqlamalar verib.

aia.az
Tərcümə şöbəsi
Geri dön