Ana Sayfa > Özəl > İsveçrə Almaniyanın qərarını savadsızlıq adlandırıb
İsveçrə Almaniyanın qərarını savadsızlıq adlandırıb27-05-2025, 20:54. Yazar: sevinc1 |
![]() İsveçrənin “Die Weltwoche” jurnalının baş redaktoru Rocer Keppel hesab edir ki, Almaniyanın Ukrayna ordusunun Rusiya ərazisinə zərbə endirmə məsafəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarı xarici siyasət baxımından “savadsızdır”. Onun açıqlamaları nəşrin portalında dərc olunub. Keppelin sözlərinə görə, məhdudiyyətlərin götürülməsi hərbi baxımdan da mənasızdır, çünki Kiyev döyüş meydanında məğlubiyyətlər yaşayır. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri üçün məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar eskalasiya riski çox yüksəkdir və münaqişə “bizə [Avropaya] keçə bilər”, analitik hesab edir. Keppel Qərbin Rusiyaya qarşı hazırkı strategiyasını uğursuz adlandırıb və bunu “(Almaniya kansleri Fridrix) Merz kimi dövlət adamlarının müdrikliyinə şübhə ilə yanaşmağa səbəb olub. Mayın 26-da Almaniya hökumətinin başçısı bəyan edib ki, Almaniya, Böyük Britaniya, Fransa və ABŞ artıq Ukraynaya verilən silahların çeşidini məhdudlaşdırmır. Onun sözlərinə görə, Kiyev indi “məsələn, Rusiyadakı hərbi obyektlərə hücum etməklə özünü müdafiə edə bilər”.Eyni zamanda, vitse-kansler Lars Klinqbeyl Kiyevə tədarüklə bağlı yeni razılaşmaların olmadığını qeyd edərək Merzin bəyanatını təkzib edib. aia.az Tərcümə şöbəsi Geri dön |