Ana Sayfa > Karusel / Siyasət > Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı27-05-2025, 18:00. Yazar: sevinc1 |
![]() Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycana səfər edəcək. aia.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun məlumat yayıb. O qeyd edib ki, səfər 28 May Müstəqillik günümüz çərçivəsində baş tutacaq. “Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur”, - deyə o əlavə edib. Bundan əlavə, Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə”sinin 2-ci Toplantısı keçiriləcək. Ərdoğan səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək. aia.az Geri dön |