Ana Sayfa > Şou-biznes > Heydər Əliyev Sarayında Təntənəli bir Muğam Axşamı
Heydər Əliyev Sarayında Təntənəli bir Muğam Axşamı27-05-2025, 17:49. Yazar: fuad |
![]() İsti yay axşamında Azərbaycan muğamının ən parlaq simaları – Xalq artisti Alim Qasımov və onun sənət yolunun davamçısı, Əməkdar artist Fərqanə Qasımova dinləyicilərə unudulmaz bir musiqi gecəsi bəxş edəcək. Klassik Şərq ədəbiyyatının şah əsəri olan "Leyli və Məcnun" əsasında hazırlanmış yeni və bənzərsiz muğam kompozisiyası təqdim olunacaq. Bu gecədə muğamın incəlikləri, improvizasiya sənəti və dramatik gücü poeziya ilə harmoniya təşkil edərək səhnədə canlandırılacaq. Azərbaycan muğamının zirvəsində dayanan bu iki sənətkar Heydər Əliyev Sarayının möhtəşəm səhnəsində muğam həvəskarlarına, ədəbiyyat və teatrsevərlərinə təsirli bir sənət hadisəsi yaşadacaqlar. Bu qeyri-adi gecə sənətsevərlərə muğamın əsl təntənəsini hiss etdirmək üçün əsl fürsətdir! Xalqımıza və mənə əziz olan insanlara uğurlar arzulayıram! Biletlər satışdadır. Bu sənət bayramını qaçırmayın! Heydər Əliyev Sarayı 14.06.2025 21:00-22:30 29-199 manat Fuad Biləsuvarlı aia.az Geri dön |