Ana Sayfa > Ölkə > Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı
Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı27-05-2025, 11:53. Yazar: sevinc1 |
![]() Polis Ağcabədidə 8 kiloqram narkotik vasitə aşkarlayıb. DİN-dən aia.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tariyel Həsənov və bir yeniyetmə saxlanılıb. İdarələrində olan avtombilə baxış zamanı 6 kiloqram marixuana və 2 kiloqram heroin aşkarlanıb. Onlar narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, T.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. aia.az Geri dön |