Ana Sayfa > Ölkə > 28 may - Müstəqillik günü münasibətilə Mingəçevir şəhərində konfransı keçirilib
28 may - Müstəqillik günü münasibətilə Mingəçevir şəhərində konfransı keçirilib27-05-2025, 11:41. Yazar: azer |
![]() 28 may - Müstəqillik günü münasibətilə Mingəçevir şəhərində “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” mövzusunda konfransı keçirilib. aia.az xəbər verir ki, may ayının 26-da Mingəçevir şəhər Gənclər Evində 28 may - Müstəqillik günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” mövzusunda konfransı keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Müstəqilliyimizi əks etdirən sərgiyə baxış keçirilib. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” mövzusunda film nümayiş etdirilib. Konfranda giriş nitqi ilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqımıza müstəqil Azərbaycanı bəxş etmişdir”, Mingəçevir Dövlət Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vüqar Məmmədli “Müasir Azərbaycanın inkişaf modeli Heydər Əliyev dühasının bəhrəsidir”, Mingəçevir Tibb Kollecinin İctimai fənnlər müəllimi Kəmalə Hüseynova “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi müasir ideologiyamızın əsasıdır”, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov “Heydər Əliyev ideyalarına əsaslanan Prezident – Xalq - Ordu birliyi zəfərlərimizin təminatçısıdır” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda xüsusi qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün onun xəttinin qətiyyətli davamçısı Prezidentimizin rəhbərliyi ilə sürətlə inkişaf edir. Ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin əsasını məhz müstəqil Azərbaycanın özü qədər əbədi olan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt təşkil edir. Tədbirə yekun vuran İcra Hakimiyyətinin başçısı İlham İsmayılov fərəhlə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. 2023-cü il sentyabr ayının 19-20-də antiterror əməliyyatlar zamanı bütün Qarabağ ərazisi azad olunaraq suverenliyimiz tam bərpa edildi. Bu gün işğaldan azad olunmuş ərazilərdə vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Geri dön |