Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı


27-05-2025, 10:04. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Mayın 26-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

aia.az
Geri dön