Ana Sayfa > Özəl > 1,7 milyon dollarlıq şam yeməyində Tramp qonaqlarını necə məyus etdi...
1,7 milyon dollarlıq şam yeməyində Tramp qonaqlarını necə məyus etdi...26-05-2025, 13:00. Yazar: sevinc1 |
![]() ABŞ prezidenti Donald Trampın kriptovalyutasına investorlar üçün verdiyi 1,7 milyon dollarlıq şam yeməyi “hava yollarının yeməklərindən daha pis” olub. Bu barədə iştirak edənlərə istinadən "Telegraph" məlumat yayıb. Cümə axşamı Trampın Virciniya qolf klubunda 220 qonağın iştirakı ilə tədbir keçirilib. Tədbirin təşkilatçıları bunu “dünyanın ən eksklüziv dəvəti” adlandırıblar. Lakin iştirakçıların sözlərinə görə, prezident nitq söyləyib və sual verməyə imkan vermədən tədbiri tez tərk edib. Tədbir iştirakçıları “eksklüziv” qəbulda şam yeməyinin dəhşətli olduğunu və onun çıxışının tutarsız olduğunu” qeyd ediblər. Teleqraf.com-a verilən məlumata görə, nahar edənlər onlara təqdim olunan yeməklərin keyfiyyətindən və görünüşündən narazı olduqlarını, xüsusən də tərəvəz çatışmazlığını qeyd ediblər. Bundan əvvəl Amerika lideri Donald Tramp öz kriptovalyutası olan “memcoin” yaratdığını elan etmişdi. Kriptovalyuta birjalarının verdiyi məlumata görə, satışa çıxarıldıqdan sonra bir gündən az müddətdə Trampın kriptovalyutasının dəyəri 4 dəfə artıb, ümumi ticarət həcmi isə 10 milyard dolları keçib. aia.az Tərcümə şöbəsi Geri dön |