Ana Sayfa > Manşet / Siyasət > Tahir Mirkişili: “Azərbaycan Xalq Cumhuriyyəti tariximizə qızıl hərflərlə yazılıb”
Tahir Mirkişili: “Azərbaycan Xalq Cumhuriyyəti tariximizə qızıl hərflərlə yazılıb”26-05-2025, 10:58. Yazar: azer |
![]() “Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 107 il ötür. XX əsrin əvvəllərində Azərbaycan xalqı çoxəsrlik tarixində növbəti dəfə azadlıq, müstəqillik uğurunda mübarizəyə başlamış və nəticədə 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik, hüquqi və dünyəvi respublika yaratdı. Yeni dünya nizamının formalaşdığı tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi varlığını sübut etdi. Cümhuriyyətin yaradılması həyatımıza və tariximizə əlamətdar hadisə kimi əbədi daxil oldu.Təəssüflər olsun ki, Şərqin ilk demokratik respublikası çox yasaya bilmədi. 23 sonra süqut etsə də, AXC beynəlxalq hüququn subyekti kimi özünü təsbit etdi və xalqın milli mənlik şüurunun formalaşmasında mühüm rol oynadı”. Bunu mətbata açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, 23 ay ərzində Xalq Cümhuriyyəti çox böyük işlər gördü: “Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı. Bu ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etdi. Bakı Dövlət Universiteti yaradıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində mühüm rol oynadı. 200-dən çox qanun qəbul olundu. Qadınlara səsvermə hüququ verən qanun qəbul edildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Milli hökumət Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək üçün böyük mücadilə apardı. İlk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”. Geri dön |