Ana Sayfa > Özəl > Zelenski “1000-ə 1000” mübadiləsinin başlamasını şərh edib
Zelenski “1000-ə 1000” mübadiləsinin başlamasını şərh edibDünən, 19:06. Yazar: sevinc1 |
![]() Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə “1000-ə 1000” formatında məhbus mübadiləsinin birinci hissəsini təsdiqləyib. O, mesajını Telegram kanalında yayımlayıb. "Bu razılaşma Türkiyədə keçirilən görüşdə əldə olunub və onun tam şəkildə həyata keçirilməsi vacibdir", - siyasətçi vurğulayıb. Zelenski mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra məhbus mübadiləsinin başlanmasına münasibət bildirib və təşkilatdakı bütün vasitəçilərə təşəkkür edib. Onun sözlərinə görə, mübadilənin növbəti mərhələləri mayın 24-ü və 25-də baş tutacaq. Mübadilənin yeri və geri qaytarılan ukraynalı hərbi əsirlərin tərkibi ilə bağlı əlavə təfərrüatlar açıqlanmır. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə əsir mübadiləsini davam etdirmək planlarını açıqlamışdı. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bütün keçmiş məhbuslar müalicə və reabilitasiyadan keçəcəklər. aia.az Tərcümə şöbəsi Geri dön |