Ana Sayfa > Özəl > Finlandiyada hərbi təlimlər başlayıb
Finlandiyada hərbi təlimlər başlayıbDünən, 12:38. Yazar: sevinc1 |
![]() Finlandiyada beş min hərbçinin iştirak edəcəyi “Karelian Sword 25” hərbi təlimi başlayıb. Bu barədə RİA Novosti məlumat yayıb. Kareliya briqadasının rəhbərlik etdiyi manevrlər mayın 23-dən iyunun 1-dək ölkənin cənubunda Kymenlaaksoda keçiriləcək. Onlara Böyük Britaniya və ABŞ-dan olan hərbi qulluqçular, həmçinin Britaniya quru qüvvələrinin 700-ə yaxın texnikası və bir ədəd döyüş helikopteri cəlb olunacaq. Bu həftənin əvvəlində Finlandiyada 3500 hərbçinin iştirakı ilə Lively Saber 25 quru təlimi başlayıb. Bundan əvvəl NATO-nun Avropadakı Ali Baş Komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis alyansa üzv ölkələrin “Rusiyanı tutmaq” üçün Soyuq Müharibə dövründə keçirilən irimiqyaslı “Reforger” hərbi təlimlərini canlandırmalı olduğu fikrini bildirmişdi. Onun sözlərinə görə, bunlar təkcə manevrlər və ya qərargah təlimləri deyil, real vaxt rejimində mövcud hərbi planların nümayişi idi. aia.az Tərcümə şöbəsi Geri dön |