Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 67 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 67 nəfər saxlanıldı


Dünən, 10:32. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 67 nəfər saxlanıldı

Mayın 22-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

aia.az
Geri dön