Ana Sayfa > Seçilənlər-5 > Qarayev iki səfiri qəbul etdi
Qarayev iki səfiri qəbul etdi9-02-2017, 14:08. Yazar: Sevinc |
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Adil Embarş və Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Tsuquo Takahaşini qəbul edib. M.A.Embarş ilə görüşdə Azərbaycan və Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Mədəniyyət və turizm sahələri üzrə müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi və əməkdaşlığın genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Yaponiyanın səfiri Tsuquo Takahaşi arasında vida görüşü keçirilib. Görüşdə Azərbaycan və Yaponiya arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib. (qafqazinfo0) Geri dön |