Ana Sayfa > İdman > CAVANŞİR QURBANOVUN VƏFATI – BÖYÜK İTKİ

CAVANŞİR QURBANOVUN VƏFATI – BÖYÜK İTKİ


Bu gün, 09:55. Yazar: fuad


CAVANŞİR QURBANOVUN VƏFATI – BÖYÜK İTKİ


aia.az xəbər verir ki, həkim Gültəkin Novruzova bu acı xəbəri sosial şəbəkədə paylaşmışdır.

Azərbaycan elmi, idmanı və ictimai-siyasi həyatı üçün ağır itki. Evdən deyil, eldən gedən böyük insan – ziyalı, əməkdar idman xadimi, professor, Yasamal rayon Ağsaqqallar Şurasının sədri, Dövlət mükafatçısı, tanınmış ictimai-siyasi xadim Cavanşir Qurbanov dünyasını dəyişdi.

O, təkcə ailəsi üçün deyil, cəmiyyət üçün də əvəzolunmaz bir insan idi. Balalarıma ağsaqqalıq edən, xeyirdə-şərdə hər zaman yanımızda olan doğmamız, əzizimiz... Onun xatirəsi bizim üçün həmişə yaşayacaq.

Mərhumun xanımına, övladlarına və yaxınlarına böyük kədərlə başsağlığı verirəm. Məkanın cənnət olsun!

Fuad BİLƏSUVARLI

aia.az



Geri dön