Ana Sayfa > İdman > "Tottenhem" Avropa Liqasının
"Tottenhem" Avropa LiqasınınBu gün, 09:01. Yazar: sevinc1 |
![]() UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub. aia.az xəbər verir ki, final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb. Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub. Matçı almaniyalı referi Feliks Zoyer idarə edib. Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub. aia.az Geri dön |