Ana Sayfa > Özəl > Gürcüstanın şərqində karantin elan edilib
Gürcüstanın şərqində karantin elan edilibDünən, 21:33. Yazar: sevinc1 |
![]() Gürcüstanın Milli Ərzaq Agentliyinin saytında yayılan xəbərə görə, Dedoplistskaro rayonunda (Kaxeti bölgəsi) qış otlaqında itin canavardan quduzluğa yoluxması faktı qeydə alınıb. Laborator müayinələrin nəticələrinə əsasən, itin quduzluq xəstəliyi mayın 20-də təsdiqlənib.İnfeksiya mənbəyinin canavar olduğu müəyyən edilib. "Milli Qida Agentliyi tərəfindən epidemiyanın baş verdiyi ərazidə karantin tədbirləri, o cümlədən məcburi vaksinasiya, heyvanların hərəkətinin məhdudlaşdırılması, dezinfeksiya və baytarlıq nəzarəti həyata keçirilir. Faktla bağlı məlumat aidiyyəti səhiyyə orqanlarına ötürülüb", - deyə məlumatda qeyd olunub. Milli Qida Agentliyi xatırladır ki, quduzluq həm ev heyvanları, həm də vəhşi heyvanlar, eləcə də insanlar üçün təhlükəli zoonoz xəstəlikdir. İnfeksiya xəstə heyvanla təmasda (dişləmələr, cızıqlar) ötürülür. Klinik əlamətlər göründükdən sonra xəstəlik ölümcül olur. Heyvanlarda quduzluğun qarşısının alınması peyvəndlə mümkündür. Milli Qida Agentliyi hər il quduzluğa qarşı pulsuz peyvəndlər edir və 300 000-ə qədər heyvanı peyvənd edir. Qurum əhalini quduzluğa yoluxmamaq və həyatlarını təhlükəyə atmamaq üçün ev heyvanlarını (it və pişikləri) vaxtında peyvənd etməyə çağırır. aia.az Tərcümə şöbəsi Geri dön |