Ana Sayfa > Gündəm > İran yenə ballistik raket sınağı keçirib
İran yenə ballistik raket sınağı keçirib9-02-2017, 13:50. Yazar: Sevinc |
İran hərbçiləri daha bir ballistik raket sınağı keçirib. Bu barədə Fox News məlumat yayıb. Kanalın məlumatına görə, sınaq fevralın 8-də baş tutub. Yeni raket yaxın məsafəli hədəflərin vurulması üçün nəzərdə tutulur. "Yer-hava" sinfinə daxil olan raket 56 kilometr uçduqdan sonra düşüb. Qeyd edək ki, yanvarın 29-da Tehranın 225 kilometr aralıda, Semnan şəhərində raket sınağı keçirilimişdi. Raket 966 km uçduqdan sonra partlamışdı. Xatırladaq ki, 2015-ci ilin iyulunda BMT ilə bağlanmış razılaşmaya əsasən İran ballistik raket sınağı keçirə bilməz. Geri dön |