Ana Sayfa > Dünya / Karusel > Kanada “Qızıl Qübbə”yə qoşulmaq istəyir
Kanada “Qızıl Qübbə”yə qoşulmaq istəyirBu gün, 09:23. Yazar: sevinc1 |
![]() Kanada ABŞ-nin “Qızıl Qübbə” raketdən müdafiə sisteminə qoşulmaq istəyir aia.az-ın məlumatına görə, bu barədə CTV telekanalı Kanadanın Baş naziri Mark Karninin ofisindəki mənbəyə istinadla xəbər verir. Məlumata görə. Kanada hakimiyyəti artıq ABŞ administrasiyası ilə Ottavanın Amerikanın “Qızıl Qübbə” raketdən müdafiə sistemi layihəsinə qoşulması məsələsini müzakirə edir. Müzakirələrlə bağlı heç bir təfərrüat verilməyib. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Kanadanın layihəyə qoşulmaq istədiyini bildirib. O əlavə edib ki, bunu Kanada rəhbərliyi ilə müzakirə etmək niyyətindədir. aia.az Geri dön |